Türkiyə Respublikasının Gəncə şəhərinə yeni təyin olunan Baş konsulu Recep Öztop Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 

Qonaqla görüşən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov onu yeni təyinatı ilə bağlı təbrik edib. Aqrar Universitetlə Türkiyənin ali təhsil müəssisələri arasındakı sıx əlaqələrdən və davam edən layihələrdən danışan Z.Qurbanov münasibətlərin inkişafına əminliyini söyləyib.

 

Sonra ADAU-nun maddi-texniki bazası, Tədris-təcrübə təsərrüfatı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
 

Baş konsul Recep Öztop bu günədək həyata keçirilən layihələrdən məmnunluğunu ifadə edib. Bildirib ki, Aqrar Universitet ilə Türkiyənin Gəncədəki Baş konsulluğunun sıx əməkdaşlıq əlaqələri bundan sonra da yüksələn xətt üzrə davam edəcək.
 

Sonra perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.