Şirvan -Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin gənc müəllimləri arasında "2 Fevral – Azərbaycan Gəncləri Günü" nə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" adlı bilik yarışı keçirilib.

 

Bilik yarışmasının keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun ideyalarının gənc müəllimlər arasında təbliği, gənc müəllimlərin asudə vaxtının səmərəli təşkili, eləcə də rayonda istedadlı gənc müəllimlərin aşkar edilməsindən ibarət olub.

 

Yarışda iştirak edən komandalara Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı suallar ünvanlanıb. Sualların düzgün cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

İki mərhələdən ibarət olan yarışmanın yekun nəticələrinə əsasən,  Şirvan Şəhər Təhsil Sektoru I,  Hacıqabul Rayon Təhsil Sektoru II və Neftçala rayon Təhsil Sektoru III yeri tutub.

 

Şakir CƏFƏROV