8 fevral saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında Harvard Universitetinin professoru, məşhur tədqiqatçı və elm xadimi Emiliana Veyqəs qonaq olacaq. Dünya şöhrətli alim ilə təhsil imkanları və müəllimlik fəaliyyətinin effektivliyinin artırılması barəsində danışılacaq.  

 

Emiliana Veyqəs Harvarddan əvvəl uzun illər Dünya Bankında çalışıb, təhsil sistemləri ilə əlaqədar tədqiqatlara rəhbərlik edib. Bununla yanaşı, Brukinqs İnstitutunda Təhsil Mərkəzinin direktoru, İnter-Amerikan İnkişaf Bankında isə Təhsil şöbəsinin müdiri olub.   

 

Qeyd edək ki, proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.