Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsi başa çatıb.

 

Qaradağ Regional Təhsil İdarəsindən verilən məlumata görə, idarənin tabeliyində olan ümumtəhsil məktəblərindən Füzuli rayonu Horadiz qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Dəniz Qarayeva II dərəcəli diplomla, Ağdam rayonu Əhmədağalı kənd tam orta məktəbinin XI sinif şagirdi Əsli Babayeva isə  III dərəcəli diplomla təltif olunublar.

        

Şakir CƏFƏROV