Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual bilik  yarışının final mərhələsi keçirilib. “Heydər Əliyev kuboku” uğrunda mübarizə  aparan “Dəfinə” məktəb liseyinin, Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbinin, Göyəçöl, Sığıncaq, Tüklə, Xırmandalı, Yeyənkənd və Bədəlan kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri final mərhələsində biliklərini sınayıblar.      Tədbirdə Ümummilli Lider Heydər Əliyevin  şərəfli və zəngin həyat yolundan  söz açılıb. Bildirilib ki, gənclərin Ulu Öndərin irsini öyrənmələrində  belə mərasimlərin böyük əhəmiyyəti var.  

     

Tədbirdə Masallı rayon İncəsənət məktəbinin şagirdlərinin rəngarəng ifaları maraqla qarşılanıb. Yarışmanın sonunda Bədəlan kənd tam orta məktəbinin komandası I, Göyəçöl kənd tam orta məktəbinin komandası II, Sığıncaq kənd tam orta məktəbinin komandası III yerləri, Ərkivan qəsəbə 2 nömrəli kənd tam orta məktəbinin komandası isə fərqlənmə diplomu qazanıb.

 

Bədəlan məktəbliləri  “Heydər Əliyev kuboku”na layiq görülüblər.

  

Sifai SƏFƏROVA