Mayın 27-də “Bir Könüllü” Tələbə Təşkilatının yeni ofisi istifadəyə verilib. Açılış mərasimində təşkilatın sədri Leyla Zeynalova üzvləri salamlayaraq gələcək fəaliyyət ərzində tələbə könüllülər üçün yaradılacaq imkanlar barədə ətraflı məlumat verib. Təşkilatın yeni loqosunun və təkmilləşdirilmiş saytının təqdimatı ilə davam edən görüşün ardınca mərasimdə iştirak edən könüllülər ofisdə yaradılan şəraitlə tanış olublar.

 

Açılış mərasimində iştirak edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov yeni qərargahın tələbələrin inkişafı üçün müxtəlif imkanlar yaradacağını, layihələrin miqyasının daha da artacağını və əsaslı tələbə mühitinin formalaşacağını xüsusi olaraq qeyd edib.

 

Qeyd edək ki, ofis həftənin 7 günü fəaliyyət göstərir və hər bir üzv üçün giriş sərbəstdir.