Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbələri Hüseyn Cavidin anadan olmasının 136-ci ildönümü münasibətilə şairin ev-muzeyini ziyarət ediblər.

 

Fakultənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamını tələbələrin diqqətinə çatdırıb.

 

Filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov tələbələrə Hüseyn Cavid irsindən, ədəbiyyata verdiyi töfhələrdən danışıb. Cavidin ilk poemalarının əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarət olduğunu qeyd edən professor şairin Azərbaycan ədəbiyyatında ilk mənzum  faciə və dramların müəllifi olduğunu vurğulayıb.

 

Sonda bələdçi tələbələrə muzeyin eksponatları barədə məlumat verib.