Tibb Universitetinin nəzdində olan bu muzeydə, təxminən, 5000 eksponatdan tədrisdə istifadə edilir


Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Tibb Universiteti nəzdində Anatomiya müzeyinə ekskursiyada olublar. Rayon təhsil şöbəsindən  verilən məlumata görə, ekskursiyanın məqsədi şagirdləri ixtisas seçimi istiqamətində maariflərndirmək, təbiət elmlərinə qarşı maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək olub.

 

Muzeydə şagirdlər eksponatlarla tanış olub, onlara insanın sümük sistemi, oynaqlar və bağlar, eləcə də əzələ sistemləri, mərkəzi və periferik sinir sistemləri ürək-damar sistemi, düyğu orqanları, daxili sekresiya vəziləri haqqında geniş məlumat verilib.

 

Bildirilib ki, ATU-da fəaliyyət göstərən bu muzey unikal hesab edilir. Belə ki, dünyada bu cür fəaliyyət göstərən bütün muzeylərin istər sahə baxımından, istərsə də preparat sayı baxımından ən böyüyü məhz Azərbaycan Tibb Universitetindədir. Muzeydə saxlanılan, təxminən, 5000 eksponatdan tədris prosesində istifadə edilir.

                                                                              

Şakir CƏFƏROV