Qax şəhər 1 nömrəli tam orta məktəbdə  Cek Londonun "Həyat eşqi" əsəri  mövzusunda  oxucular konfransı keçirilib.

 

Rayon təhsil şöbəsindən  verilən məlmata görə, tədbirdə şagirdlər Cek Londonun “Həyat eşqi” əsərinin təhlilini apararaq öz sərbəst fikirlərini bildiriblər. Məktəblilər özlərini əsərin qəhrəmanına bənzədərək,  arzularına çatmaq üçün daha çox çalışacaqlarını, problemlər qarşısında aciz qalmayacaqlarını, çıxış yolları axtararaq onun kimi həyatı daha çox sevəcəklərini bildiriblər.

 

Oxucular konfransı diskussiya şəklində başa çatıb.

                                                                           

Şakir CƏFƏROV