İctimai birlik peşə təhsilinin təbliği istiqamətində təlimlər keçirir


“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında peşə təhsilinin təbliği istiqamətində təlimlərin təşkil edilməsi” layihəsi çərçivəsində ilk təlim təşkil olunub.

 

Layihənin əsas məqsədi yeniyetmə və gənclərin müxtəlif peşələr haqqında nəzəri və praktiki biliklərinin artırılmasıdır.

 

Layihə çərçivəsində Samux rayon Heydər Əliyev Mərkəzində ilk tədbir keçirilib. Tədbirdə  Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Aynur Muradova, layihənin koordinatoru Gülnar Məmmədova, təlimçi Elgün Mahmudov iştirak ediblər.

 

Layihə çərçivəsində yeniyetmə və gənclər arasında peşə təhsilinə marağın artırılması istiqamətində hər qrupda 30 nəfər olmaqla nəzəri təlim keçirilib. Təlimdə günün tələbi olan peşələr (xalçaçı, dərzi, dülgər, bərbər, aşpaz və s.) haqqında geniş məlumatlar verilib, inkişaf edən dövlətimizdə peşə təhsilinin və peşəyə yiyələnməyin əhəmiyyətindən danışılıb. Təlimlərdə əsasən 8-9-cu sinif şagirdləri iştirak ediblər.  Gənclərə maarifləndirici buklet paylanıb.

 

Layihə çərçivəsində silsilə tədbirlər davam etdirilir.