Azərbaycan Dövlət Aqrar Universiteti Mühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük kurslarını bitirən  daha 32 tələbə sürücülük vəsiqəsi alıb. 

 

Həmin tələbələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətin "Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək” üçün “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə onlayn sürücülük testindən keçib. Test prosesi ADAU-nun Sürücülük kursu və informasiya texnologiyaları, elektron qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Testin nəticələri ilə  iştirakçılar dərhal monitorda əks olunan məlumatlar vasitəsilə məlumatlandırılıb.

 

Tələblərə uyğun minimum 9 sualı düzgün cavablandıranlar testi uğurla keçmiş hesab olunublar.

        

Test imtahanından uğurla keçən 32 iştirakçı müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıb.