Sağlamlıq imkanları məhdud  uşaqların təhsil almaları, cəmiyyətə adaptasiya olmaları üçün nəzərdə tutulan layihələrdən biri də inklüziv təhsildir. Bu təhsil növü fiziki məhdudiyyətli uşaqlara məktəbəqədər və ümumtəhsil müəssisələrində təhsil almaq imkanı verir.