7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana istifadəyə verildi


Son illərdə ölkəmizin ali təhsil sistemində yeni ideya və innovasiyalarm əsas təşəbbüskarı kimi çıxış edən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) noyabrın 1-də ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində növbəti uğurlu layihəsini - “247 kitabxana”smı təqdim etdi. İnnovativ universitetin əsas atributlarını özündə əks etdirən kitabxananın açılış mərasimində təhsil naziri Ceyhun Bayramov, UNEC-in rektoru Ədalət Muradov, Təhsil Nazirliyinin və UNEC-in müvafiq bölmələrinin nümayəndələri iştirak edib.

 

Yeni tipli kitabxanaya baxış zamanı UNEC-in rektoru, professor Ədalət Muradov kitab fondu barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür.

 

Tələbələr M.F.Axundov adma Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasmdan da istifadə edə biləcəklər. İstifadəçilərə həmçinin “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasma çıxış imkanı yaradılıb. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.

 

Ə.Muradov qeyd edib ki, kitabxananın bir özəlliyi də ondan ibarətdir ki, burada cəmi bir nəfər işləyəcək. Kitabxana fondu açıq rəflərdə yerləşdirilib. Hər bir ədəbiyyat müvafiq sahənin adını bildirən qeydiyyat nömrələri ilə göstərilir. Rəflərdəki bütün kitabların yerləri barədə də dəqiq məlumat əks olunub. İstənilən tələbə özünə lazım olan kitabı seçə və onun surətini əldə edə bilər.

 

Açılış mərasimində qeyd olunub ki, kitabxananın istifadəyə verilməsi UNEC üçün çox önəmli bir işdir. Kitabxana beynəlxalq standatrlara tam uyğundur. Kitabxananın III mərtəbəsində tələbələrin xahişi nəzərə alınaraq bədii ədəbiyyat nümunələri də toplanıb.

 

Kitabxana ilə yaxından tanış olan təhsil naziri Ceyhun Bayramov müasir kitabxana sisteminin istifadəyə verilməsinin universitet üçün çox yaxşı bir pəncərə olduğunu bildirib və bu sahədə dünyanın nüfuzlu universitetlərində mövcud olan təcrübədən bəhs edib. Nazir müasirlik və tarixiliyin vəhdətini təcəssüm etdirən kitabxananın tələbələr üçün çox rahat və gözəl məkan olduğunu bildirib.

 

Sonra UNEC-in daha bir innovativ layihəsi - ən müasir texnoloji avadanlıqlarla təchiz edilən “UNEC Extern” mərkəzi ilə tanışlıq olub. Bildirilib ki, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzin üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video-bazasma istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir.

 

Qeyd olunub ki, “UNEC ExtenTdə seçilmiş yerli və əcnəbi professor-müəllimlərdən ibarət heyət tədris aparacaq. Mərkəzdə 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500, gün ərzində isə 9-12 min tələbəyə təhsil vermək mümkündür.

 

Oruc MUSTAFAYEV