Çin alimləri tərəfindən hazırlanmış yeni nanogenerator insanın hərəkəti nəticəsində əldə olunan enerji ilə fərdi daşınabilən elektron qurğuları       fasiləsiz təmin   etmək qabiliyyətinə malikdir.

 

belta.by saytının məlumatına görə, bir qayda olaraq, daşınabilən elektron qurğular tez-tez enerji doldurulması və ya batareyanın dəyişdirilməsini tələb edir. Sözügedən qurğuların ekoloji və uzunmüddətli elektrik enerjisi ilə təmini, həmçinin onlar üçün elastik, rahat və yuyulmağa dayanıqlı enerji mənbələrinin yaradılması aktual məsələ olaraq qalır.

 

Çjençjou Universitetinin  mütəxəssisləri   hidrofob nanolifdən yuyulmağa davamlı daşınabilən nanogenerator yaradıblar. Geyimə bərkidilən qurğu insanın hərəkəti nəticəsində əldə edilən mexaniki enerjini elektrik enerjisinə çevirə bilir.