Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan İnvestisiya Şirkətinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyinin mühəndis-pedaqoji heyəti və tələbələrinin Neftçala Sənaye Məhəlləsinə infoturu təşkil edilib. 

 

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun təşkil edilən turun məqsədi peşə təhsili sistemində təhsilalanlarda sahibkarlıq düşüncə tərzinin və bacarıqlarının formalaşdırılması, işəgötürən təşkilatlarla peşə təhsili müəssisələri arasında əməkdaşlığın qurulması olub. 

 

Tur zamanı liseyin mühəndis-pedaqoji heyəti və tələbələri sənaye məhəlləsində fəaliyyət göstərən müəssisələr və sahibkarlıq emalatxanası ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər. Görüşdə sənaye məhəlləsində görülən işlər, fəaliyyət göstərən müəssisələr barədə geniş məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.