ADAU-nun fakültələrində bayram tədbirləri


Azərbaycan Dövlət Aqrar Universtetinin Aqronomluq,  Baytarlıq təbabəti və zoomühəndislik, Aqrobiznes və idarəetmə, Aqrar iqtisadiyyat, Aqrotexnologiya və mühəndislik fakültələrində 9 noyabr-Dövlət Bayrağı Gününə və 12 noyabr-Konstitusiya Gününə həsr edilən tədbirlər keçirilib.

 

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Aqronomluq fakültəsinin dekanı, dosent Məhərrəm İsmayılov, “İctimai elmlər və multikulturalim” kafedrasının müdiri, professor Azad Bayramov,”Ümumi əkinçilik, genetika və seleksiya” kafedrasının müdiri, dosent Aynur Həsənova, “Dillər” kafedrasının müdiri, dosent Aidə Həsənova  bayrağımızın müqəddəsliyi, konstitusiyamızın humanistliyi haqqında danışıblar. 

 

Universitetin mətbuat xidmətinin xəbərinə görə, rektor İbrahim Cəfərov keçirilən tədbirlərin hamısında iştirak edib və bildirib ki, bayrağımız qürur mənbəyimiz, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşın üzərinə ciddi mənəvi məsuliyyət qoyur.

 

Professor Azad Bayramov çıxışında vurğulayıb ki, ölkə başçısının 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə təsis edilən Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir.

 

Sonda  tələbələr tədbir iştirakçılarına Dövlət Bayrağı Gününə və 12 noyabr- Konstitusiya Gününə həsr olunan şerlər və musiqi parçaları təqdim ediblər.