Noyabrın 7-də Azərbaycan Dillər Universitetində (ADU) 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunan bayram tədbiri keçirilib.

 

Universitetin rektoru, akademik Kamal Abdulla  bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövründə qəbul olunmuş üçrəngli bayraq hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda bir daha ucaldılıb: “Həqiqətən də “Bir kərə yüksələn bayraq bir daha enməz” sözü öz yerini tutub. Ulu öndərin Naxçıvan Milli Məclisinə rəhbərlik etdiyi dövrdə Naxçıvanda SSRİ bayrağı endirilib yerinə Azərbaycanın milli rəmzi olan üçrəngli bayraq ucaldılıb. Ulu öndərin bu cəsarətli addımı əlbəttə ki, dünya tarixinə yazılmalı bir addım olub”.

 

Rektor K.Abdulla əlavə edib ki, Dövlət Bayrağı Gününün qeyd edilməsi Prezident İlham Əliyevin verdiyi sərəncamdan qaynaqlanır və ölkə Prezidenti ləyaqətli şəkildə böyük sələfinin ideyalarını həyata keçirir. Bayrağı Azərbaycan eşqi ilə yaşayan insanların taleyi kimi xarakterizə edən rektor onun uğrunda həyatını verən, sürgünlərə məruz qalan babalarımızın olduğunu vurğulayıb. Rektor K.Abdulla bayraq eşqinin hər zaman qəlblərdə yaşadığını qeyd edərək, iştirakçıları Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.

 

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Universitetin tələbələri müxtəlif musiqi və rəqs nömrələri ilə çıxış ediblər.