Tələbələrə hər iki günün yaranma tarixi haqqında geniş məlumat verilib


Azərbaycan Texniki Universitetində (AzTU) 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı və 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya günlərinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

 

Universitetin prorektoru, professor İsa Xəlilov AzTU-nun rəhbərliyi adından hər iki bayram münasibəti ilə  tədbir iştirakçılarını təbrik edib. Prorektor qeyd edib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb və hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Professor İsa Xəlilov vurğulayıb ki, 1991-ci ilidə üçrəngli bayrağımızı Naxçıvan Ali Sovetində yenidən Dövlət Bayrağı kimi təsis etdirən ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə konstitusiyamız qəbul edilib.  

 

Daha sonra universitetin professoru Eyyub Kərimov hər iki günün yaranma tarixi haqqında geniş məlumat verib.

 

AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və Tələbə Gənclər Təşkilatının sədr müavini Səbinə Qarayeva   gənclərin milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.