Bakı İdarəetmə və Texnologiya Kollecində 12 noyabr- Konstitusiya Günü qeyd edilib.  Kollecin direktoru,  fəlsəfə doktoru, dosent  Faiq Şahbazlı bildirib ki, Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin Əsas Qanunu  1995-ci il noyabrın 27-dən qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk  Konstitusiyasıdır.

 

Çıxışlarda qeyd olunub ki, əsas prinsipləri müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanan Konstitusiyamızın qəbulundan keçən qısa tarixi zamanda ölkəmiz müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada böyük uğurlar qazanıb. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da artır, Azərbaycan yeni üfüqlərə doğru inamla irəliləyir.

    

Şakir CƏFƏROV