Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, professor Miri Həsənovun anadan olmasının 80 illik yubileyi ilə bağlı tədbir keçirilib .

           

Yubiley tədbirini Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov açaraq yubilyarı təbrik edib  Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorları Fərrux Rüstəmov, İramin İsayev, Yaqub Babayev,  dosentlərdən  Fazilə Yahyayeva, Heydər Cəfərov, rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Məmmədov çıxış edərək Miri Həsənovun elmi və ictimai fəaliyyətindən  bəhs ediblər.

 

Tədbirdə professor Miri Həsənova Peşə Təhsl Mərkəzinin Fəxri fərmanı  təqdim olunub.