AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş növbəti məşğələsi keçirilib.

 

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq  əməkdaşları və onların timsalında bütün Azərbaycan xalqını Konstitusiya Günü münasibəti ilə təbrik edib. Akademik ümummilli lider Heydər Əliyevin respublikada yenidən siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən tədbirlərə, demokratik dəyişikliklərə nəzər salıb, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlardan danışıb. İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin sədrliyi ilə xüsusi komissiyanın yaradıldığını və Konstitusiya layihəsinin hazırlanaraq ümumxalq səsverməsinə çıxarıldığını diqqətə çatdırıb. Bildirib ki, 12 noyabr 1995-ci ildə keçirilən referendumda 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiya qəbul olunub.

 

Akademik yeni Konstitusiyanın qəbul edilməsi ilə ölkədə demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün hüquqi əsasın yarandığını vurğulayıb.

 

Bölmə sədri, həmçinin ötən 23 il ərzində Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişiklərdən də söz açıb.

 

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda məruzəsi dinlənilib.