Tədbir 14 noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunub


Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin  “Korreksiyaedici təlim” kafedrasının təşkilatçılğı ilə  14 noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunmuş “Məzunlarla görüş” adlı tədbir keçirilib. Tədbirdə fakültənin müəllim və tələbələri, məzunları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev bildirib ki, universitetdə müntəzəm olaraq həm milli, həm də beynəlxalq bayramlar qeyd olunur. Bu baxımdan, 14 noyabr-Beynəlxalq Loqopedlər Gününə həsr olunmuş tədbirin keçirilməsi təqdirəlayiqdir.

 

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin  dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva çıxışında qeyd edib fakültə daim öz məzunlarının fəaliyyətini diqqətlə izləyir, onlarla sıx əlaqə saxlayır, əməkdaşlıq edir. Fakültə inklüziv təhsillə bağlı müxtəlif layihələr, proqramlar, elmi seminarlar, “dəyirmi masa”lar  və digər tədbirlər keçirir.

 

“Korreksiyaedici təlim” kafedrasının müdiri, dosent Nailə Hüseynova bildirib ki, ölkə rəhbərliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına böyük önəm verir. Bu da öz növbəsində bizim qarşımızda böyük vəzifələr qoyur, məsuliyyətimizi ikiqat artırır. Belə tədbirlərin davamlı keçirilməsi olduqca vacibdir.

 

Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Aytəkin Məmmədova onların yüksək səviyyəli mütəxəssis kimi yetişmələrində mühüm rol oynamış fakültə rəhbərliyinə və müəllimlərə təşəkkür edib.

 

Tədbirdə fakültənin tələbələrinin hazırladıqları videoçarx nümayiş etdirilib.

 

Sonra fakültənin məzunları- Bakıdakı 55 nömrələ inklüziv məktəbin loqopedi Fərəh İmamverdiyeva, 138 nömrəli inklüziv məktəbin korreksion pedaqoqu Ayşən Nəcəfova, 3 nömrəli xüsusi təhsil məktəbinin loqopedləri Səbinə Həsənova,  Fəridə Tağıyeva, Sumqayıt şəhəri 40 nömrəli uşaq bağçasının loqopedi Xatirə Əliyeva, 17 nömrəli nitqi qüsurlu uşaqlar üçün bağçanın loqopedi Raidə Məmmədova, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 nömrəli internat məktəbin surdopedaqoqları  Sevda Rzayeva, Aytən Məmmədova, 268 nömrəli xüsusi təhsil məktəbinin loqopedi Reyhan Əhmədova, 202 nömrəli inklüziv məktəbin korreksion pedaqoqu Günay Cəlilova təqdimatlarla çıxış ediblər. Onların təqdimatları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

Sonda xatirə şəkli çəkdirilib.