Ondan xüsusi istedadlı şagirdlər liseyinin V siniflərində istifadə olunacaq


"Təhsildə   inkişaf  və   innovasiyalar   üzrə   2-ci  qrant   müsabiqəsi "  çərçivəsində  fərdi     kateqoriya  üzrə  hazırlanmış “Məntiqi tapşırıqlara dair  xüsusi vəsait”    Təhsil   Naziirliyinin   maliyyə  dəstəyi  ilə  çap  edilib. Xüsusi  istedadlı   şagirdlər  liseyinin   V  siniflərində   tədris  olunan  "Məntiq"  xüsusi  kursunun   tədrisi  keyfiyyətini   yüksəltmək,  istedadlı  şagirdləri  aşkara   çıxararaq   onların   inntellektual potensialını   inkişaf  etdirmək   məqsədinə   xidmət   edəcək   bu   vəsait, həm  də   bu   kurs   üzrə  dərslik   problemini   də   qismən aradan   qaldıracaq.

     

Vəsaitin  müəllifləri   Azərbaycan   Respublikası   Təhsil   İnstitutunun   "Psixologiya  və  yaş   fiziologiyası"  şöbəsinin   müdiri, psixologiya elmləri doktoru  Elxan   Bəylərov  və   layihə   rəhbəri,  Şirvan  şəhər 1 nömrəli  tam  orta   məktəb-xüsusi  istedadlı  şagirdlər  liseyinin məntiq  müəllimi, Əməkdar   müəllim   Rəfail  Əliyevdir.   
     

Vəsait xüsusi   liseydə   təhsil   alan    V  sinif   şagirdlərinə      paylanıb,  onunla   işləmək  qaydaları   izah   edilib.

     

Vəsait   bu   sahədə  ilk  təcrübədir.Yeni   dərs  ili  ərəfəsində  VI-VII siniflər   üçün də   belə  bir  vəsaitin  hazırlanması  nəzərdə  tutulur. Bu  vəsaitdən   növbəti   illərdə  də   liseyin   V  siniflərinin  istifadəsi  məqsədi  ilə  paylandıqdan  sonra  qalan  nüxsələr  məktəbin kitabxana fondunda saxlanılacaq, hər  il  yeni  dərs  ili  ərəfəsində  liseyin  V sinfinə  qəbul  olunmuş  şagirdlərin   istifadəsinə   veriləcək.


Bu   vəsaitdən   adi  siniflərdə (qeyri-lisey)  də  fakültativ  məşğələ, fənn  dərnəklərində  də   istifadə  etmək  olar.Vəsaitdə   "Əlavələr"  bölməsində  verilmiş  proqram  və   metodiki   tövsiyələr  kursu  tədris  etmək  arzusunda  olan  müəllimlərə   kömək   məqsədi  daşıyır.