Avstriyanın Vyana şəhərində 13-cü Avropa Keyfiyyət Təminatı Forumu (EQAF) keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin müdiri Tofiq Əhmədov tədbirdə iştirak edib.

 

“Keyfiyyət təminatının əhatə dairəsinin genişləndirilməsi” mövzusuna həsr edilmiş builki foruma dünyanın 56 ölkəsindən 522 iştirakçı qatılıb. Forumda keyfiyyət təminatı üzrə ənənəvi mövzularla yanaşı, "e-təhsil", ömürboyu təhsil kimi yeni sahələrin keyfiyyət təminatı sisteminin qiymətləndirilməsi zamanı nəzərə alınmasınin vacibliyi ətrafında müzakirələr aparılıb.  

 

Qeyd edək ki, Keyfiyyət Təminatı üzrə Avropa Şəbəkəsinin (ENQA) məşvərətçi üzvü olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirən qurumdur.

 

EQAF Avropa Ali Təhsil Məkanında keyfiyyət təminatı sisteminin inkişafı üzrə aktual məsələlərin və son araşdırmaların nəticələrinin müzakirə edildiyi önəmli platforma hesab olunur.