Yuxarı sinif şagirdlərinə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaq məqsədilə universitetin nümayəndə heyətinin orta məktəblərdə görüşləri davam edir. UNEC-in müəllimləri Bakıdakı 1, 46, 164, 211 və 240 nömrəli orta məktəblərdə olublar.

 

Görüşlərdə bu ali məktəbin təhsil imkanlarından danışılıb. UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə tələbə qəbulunun həyata keçirildiyi bildirilib, ixtisasların qazandırdığı üstünlüklər, daxili və xarici əmək bazarında tələbatı barədə məktəblilərə məlumat verilib. Məktəblilər universiteti daha yaxından tanımaq üçün “UNEC-də bir gün” layihəsində iştirak etməyə dəvət olunublar. Şagirdlərin sualları cavablandırılıb.

 

Məktəblərdə UNEC haqqında videoçarx nümayiş etdirilib.