Onlar Gənclər Fondunun keçirdiyi müsabiqədə qalib olublar


UNEC-in məzun və tələbələri Gənclər Fondunun Avropa Parlamentinin (Brüssel) təcrübə proqramı üzrə keçirdiyi müsabiqənin qalibi olub.

 

Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisəsindən 201 tələbə iştirak edib. Qaliblər sənədlərin ekspertizası və müsahibələr əsasında müəyyən olunub. UNEC-in 3 tələbəsi - Xəyal Məmmədli, Emiliya Bayramova, Yunis Şərifli və bir məzunu - Fərid Fərəcov müsabiqənin qalibi olaraq Avropa Parlamentində təcrübə hüququ qazanıb. Müsabiqə qaliblərinin sayına görə universitetlər arasında UNEC birinci yerdədir.