Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin tələbələrinə “Xalq gülüşü” mövzusunda ustad dərsi keçib.

 

Dərsdə akademikin xalq gülüşünün poetikası, folklorda ciddilik və komizm kimi məsələlərlə bağlı səsləndirdiyi nəzəri fikirlər böyük maraqla qarşılanıb və geniş diskussiyaya səbəb olub.

 

Sonda M.İmanov tələbələrin suallarını cavablandırıb.

 

Qeyd edək ki, bu cür dərslər AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.