ADAU-da ulu öndər Heydər Əliyevin anım günü keçirilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq qeyd edib ki, ulu öndər Heydər Əliyev xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb. Onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlar ölkədə iqtisadi tənəzzülün qarşısını alıb, iqtisadiyyatı sabitləşdirib, əhalinin sosial vəziyyətini yaxşılaşdırıb, ölkəmizin beynəlxalq  aləmdə nüfuzunun artmasına səbəb olub, bütövlükdə müasir Azərbaycanın dinamik və davamlı inkişafının  bünövrəsini yaradıb. "Əsrin müqaviləsi" adı ilə indi bütün dünyada tanınan tarixi sənədin imzalanması və uğurla reallaşdırılması böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürlərindən biridir.

 

Ulu öndərin müəllifi olduğu aqrar islahatlar kursu, kəndlinin torpağın əsl mülkiyyətçisinə çevrilməsi,  kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad olunması və digər istiqamətlərdə qərarlar aqrar sahənin inkişafına böyük bir təkan olubdur.

 

Bü gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər  Heydər Əliyevin siyasi kursu ölkəmizin regionda lider dövlətə, beynəxalq səviyyəli layihələrin əsas iştirakçısına çevrilməsinə səbəb olub.

 

Tədbirdə film nümayiş etdirilib, universitetin “İctimai elmlər və multikulturalizm” kafedrasının baş müəllimi  Samirə Qasımova, tələblərdən Nurdanə Əhmədova, Aysu Hacıyeva Nərgiz Rəcəbova  ulu öndər Heydər Əliyevin həyat yolu, xalqımızın və dövlətimizin taleyüklü məsələlərinin həllində rolu barədə məruzələr edib, şeirlər söyləyiblər.