Sərgidə 70-ə yaxın şirkət və müəssisənin iştirakı gözlənir


Dekabrın 14-də Azərbaycan Texniki Universitetinin (AzTU) İdman Sarayında I Karyera Sərgisi təşkil olunacaq. 

 

Azərbaycan Texniki Universiteti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 70-ə yaxın şirkət və müəssisə iştirak edəcək.

 

Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi, gələcək mühəndislərə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmaq şəraiti yaradacaq.