Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseydə rayon ictimaiyyətinin, ümumtəhsil və tibb müəssisələrinin iştirakı ilə “Sağlam həyat tərzi” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri İqbal Səfərov, həkim gigiyenisti Narınc Orucova, Xaçmaz Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Yaqut Məsimova, Xaçmaz Rayon GEM-nin direktoru Bəxtiyar Haqverdiyev, Xaçmaz RTŞ-nin metodisti Lalə Qədirova iştirak ediblər.

 

Seminar-müşavirədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə müdiri İqbal Səfərov çıxış edib. Çıxışında qida təhlükəsizliyinin uşaq həyatında önəmli rol oynamasından, sağlam həyat tərzinin həm ailə, həm də məktəb həyatında formalaşmasının vacibliyindən söz açıb.

 

Digər çıxış edənlər də narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirici işin həm şagirdlər, həm də valideynlər arasında aparılmasının vacibliyini, uşaqların icbari dispanserizasiyaya cəlbinin gərəkliyini qeyd ediblər.

 

Sonda  seminar iştirakçılarının sualları qonaqlar tərəfindən cavablandırılıb.