AzTU-da bununla əlaqədar Könüllülər Proqramının təqdimatı keçirilib


Dekabrın 17-də Azərbaycan Texniki Universitetində (AzTU) UEFA Avropa liqası finalının Bakıda keçirilməsinin təşkili ilə əlaqaqədr Könüllülər Proqramının təqdimatı keçirilib.

 

Tədbirdə iştirak edən AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan qayğısı nəticəsində Azərbaycanın möhtəşəm idman yarışlarının təşkilatçısı və dünyada ölkəmizin idman ölkəsi kimi tanındığını qeyd edib. Daha sonra prorektor  beynəlxalq idman yarışlarında Azərbaycan idmaçılarının, o cümlədən AzTU tələbələrinin idman naliyyətlərindən və universitetin könüllü tələbələrinin uğurlarından danışıb. Bakıda keçiriləcək UEFA Avropa liqası finalının təşkilində tələbələri könüllü olaraq iştirak etməyi tövsiyə edib.

 

UEFA-nın könüllük direkroru Yusif Vəliyev və ATV-nin idman proqramlarının aparıcısı Sənan Şəfizadə 29 may 2019-cu il tarixində Bakıda keçiriləcək UEFA Avropa liqası finalının təşkilində könüllü olmağın tələb və qaydaları haqqında tələbələrə geniş məlumat veriblər və Könüllülər Proqramının təqdimatını keçiriblər.