İmişli rayonunun ümumi təhsil məktəblərinin  9-cu sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı keçirilib.

 

Yoxlama imtahanı şagirdlərin buraxılış imtahanının 2-ci mərhələsinə hazırlıq məqsədilə keçirilib.

 

Şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil fənlərindən 90 test tapşırığını 135 dəqiqə ərzində cavablandırıblar.

 

Yoxlama imtahanı şagirdlərin bilik, bacarıq və vərdişlərinin daha da artmasında böyük təcrübə olacaq.

 

Nəticələr İmişli RTŞ-də, məktəblərdə müvafiq fənn müəllimləri, sinif rəhbərləri və şagirdlərin iştirakı ilə ətraflı müzakirə olunacaq.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon  Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi