NDU-da həmrəylik günü münasibətilə “dəyirmi masa” keçirilib


Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında  31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, dünyada yaşayan milyonlarla azərbaycanlının bu günü  bayram kimi qeyd etməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

Universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov vurğulayıb ki, dünyada yaşayan soydaşlarımıza göstərilən diqqət və qayğı nəticəsində xaricdəki həmvətənlərimiz birlik, həmrəylik və müstəqil Azərbaycanın təbliği işinə layiqli töhfələr verirlər.

 

“31 dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərarı “Arxiv işi və muzeyşünaslıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Məmməd Əliyev diqqətə çatdırıb.  Qeyd edilib ki, bununla da dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində ilk addım məhz Naxçıvanda, qədim türk diyarında anılıb və ilk dəfə muxtar respublikada qeyd edilib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.