Bakı Slavyan Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.  Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələr qarşısında çıxış edərək  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsinin tarixi əhəmiyyətindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin bu günü təsis etməkdə məqsədinin bütün dünyadakı azərbaycanlıları bir araya gətirmək, Azərbaycan dövlətibnin və xalqının beynəlxalq aləmdə hüquqlarını müdafiə etmək olduğunu bildirib.

 

O, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla davam etdirdiyini, ölkəmizin nüfuzunun gündən-günə artmasında dövlət strukturları ilə bərabər, diaspor təşkilatların da mühüm rol oynadığını nəzərə çatdırıb. Rektor gənclərə üzünü tutaraq onları dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızla əlaqələr qurmağa çağırıb.

 

N.Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün həm də beynəlxalq aləmdə sülhə və barışa xidmət etdiyini, qarşılıqlı humanitar münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını deyib.

 

Rektor iyirmi beş nəfər tələbəyə təhsildəki uğurlarına və universitetin ictimai həyatında fəal iştiraka görə təşəkkürnamələr təqdim edib.

 

Tədbir konsert proqramı ilə davam edib.