Yarışda 17-23 yaşlı gənclərdən ibarət 8 komanda mübarizə aparıb


Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Vətənim Azərbaycan” layihəsi çərçivəsində təşkil olunan intellektual bilik yarışının  seçim turu keçirilib. 

 

Yarışda 17-23 yaşlı gənclərdən ibarət 8 komanda mübarizə aparıb. Layihə rəhbəri Famil Məmmədov layihə haqqında komanda üzvlərini məlumatlandırıb.  Layihənin məqsədi Azərbaycanın tarixini və mədəniyyətini intellektual oyunlar vasitəsilə gənclər arasında təbliğ etməkdir. Yarışda iştirakçılar Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasına dair sualları cavablandırıb.       

 

Sonda ilk iki yeri tutan “Aysberq” və “İnternat” komandaları yanvarın 29-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

                

Sifai SƏFƏROVA