Bakıdakı 61 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mətləb Quliyevin anadan olmasının 60 illiyinə həsr olunan “Qəhrəmanlarımız sönməz məşəldir” adlı  tədbir keçirilib. Tədbirdə Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında söz açılıb.  Bildirilib ki, o, 1992-ci ildə leytenant rütbəsində Daxili qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində  vuruşub. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə  onlarla erməni yaraqlısını məhv edib və qəhrəmancasında həlak olub.

 

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzi Kitabxana Sisteminin xidmət şöbəsinin əməkdaşları tərəfindən  keçirilən tədbirin məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq və onları Milli qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu ilə tanış etməkdir.

    

Sifai SƏFƏROVA