Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən  “Günay”  teatr studiyası 12 yanvar  tarixində  Rəşid Behbudov adına Azərbaycan Dövlət  Mahnı Teatrında  “Köhnə Yeni il” adlı maraqlı bayram tədbiri ilə çıxış edib. İkihissəli tədbirin birinci hissəsində  Qış mələyinin, Qar Qızın, Şaxta Babanın, şən klounların  iştirakı ilə ”Qış nağılı” tamaşası, ikinci hissəsində isə   böyük və maraqlı konsert  proqramı təqdim olunub.  Müxtəlif rəqs, mahnı və yumor nömrələrindən ibarət olan  konsert   uşaq və yeniyetmə , eləcə  də valideynlərin  zövqünü oxşayıb, onlarda  xoş ovqat yaradıb.

   

Qeyd edək ki,   “Günay” teatr studiyasında balacalar, böyüklər və gənclər  üçün qruplar  fəaliyyət göstərir, yəni müxtəlif yaş qrupuna aid olanlar  bu studiyada məşqul ola bilərlər.

 

Studiyanın rəhbəri və tədbirin rejissoru   Larisa  Tarusova Viktorovna, xoreoqrafı isə Günəş Talıbovadır.

 

Sifai SƏFƏROVA