Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir.Bu gün Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 29 il ötür.

 

Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti Lənkəran şəhərinin mərkəzində salınan Şəhidlər Xatirə Kompleksini ziyarət edib.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla universitetin kollektivi şəhidlərin ruhunu ehtiramla anıb.

 

20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət  Universitetində (LDU)  anım tədbiri də keçirilib.Tədbir iştirakçıları ilk öncə günahsız  faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Universitet rəsmisi Natiq İbrahimov çıxışında  20 Yanvar tarixini faciə günü kimi yox,  xalqın qanla yazılan qəhrəmanlıq  salnaməsi, şərəf , milli oyanış tarixi kimi səciyyələndirib.

 

Sonda tədbirdə  20 Yanvar gecəsində baş verən  qanlı hadisələri əks etdirilən videoçarx nümayiş olunub.