Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsilinin inkişafına biznes dəstəyi" məqsədilə “Milli Case yarışları" layihəsi keçirilib. Layihənin keçirilməsinin əsas məqsədi peşə təhsili alan gənclərin sahibkarlıq bacarığının inkişaf etdirilməsi, istehsal prosesində innovativ metodların tətbiqi, bilik və bacarıqlara yiyələnmələri, işəgötürənlərlə, özəl sektorla əlaqələrin intensivləşdirilməsi, məşğulluq fəaliyyətinin təmin edilməsi, müasir əmək bazarının təlabatına uyğun aşpaz, dərzi, qaynaqçı peşələri üzrə mütəxəsislər yetişdirməkdir.