“Naxçıvan Muxtar Respublikası-95”


AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Naxçıvan Muxtar Respublikası-95” adlı sərgisi açılıb.

 

Sərgidə “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir”, “Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində”, “Naxçıvan tarixi”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik”, “Gümrü, Qars və Moskva müqavilələri”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Naxçıvan qədimdən günümüzə qədər”, “Naxçıvan Muxtar Respublikası-85”, “Naxçıvan Muxtar Respublikası-90”, “Muxtariyyət ərəfəsində Naxçıvan” və digər kitablar ziyarətçilərin ixtiyarına verilib.

 

Həmçinin Naxçıvanın muxtariyyət tarixi ilə bağlı müxtəlif illərdə qəzet,jurnal və toplularda dərc olunan yazılar da sərgilənən materiallar arasında yer alıb.