Təhsil Nazirliyi Asiya İnkişaf Bankının dəstəyi ilə  Dövlət-Özəl Sektor Tərəfdaşlığı (DÖST) modeli əsasında iki ali təhsil müəsissəsində tələbə yataqxanalarının tikintisi layihəsi üzrə müvafiq qurumlarla əməkdaşlıq edir.

 

Layihənin hazırlıq mərhələsinə cavabdeh olan “KPMG Azərbaycan” şirkəti tərəfindən Təhsil, İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər aidiyyatı qurumların iştirakı ilə ilkin texniki iqtisadi əsaslandırmanın təqdimatı keçirilib.

 

Layihə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti üçün DÖST modeli əsasında tələbə yataqxana obyektinin layihələndirilməsi, inşası, istismarı və idarəedilməsi konsepsiyasının hazırlanması məqsədinə xidmət edir.   

 



Bölmənin digər xəbərləri