Beynəlxalq Muğam Mərkəzində Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin şagirdlərinin iştirakı ilə "We Are The World" konsert proqramı təqdim edilib. Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən konsertdə "Renessans", "Cırtdan","Divizi" xorları, "Melody" vokal qrupu, vokal və estrada oxuma ixtisasları üzrə təhsil alan şagirdlər Nigar Seyidova, Tahirli Eldar, Fuad Nəbiyev, Emin Məmmədov, Aleksey Burda, Tahirli Firuzə və başqaları Azərbaycan və dünya bəstəkarlarının əsərlərini nümayiş etdiriblər. Gecədə ifaçıları məktəbin "Hotplay" musiqi qrupu müşayiət edib. Gənc  istedadlar ifaları ilə tamaşaçılarda xoş ovqat yaradıblar.

 

Sifai SƏFƏROVA