Artıq neçə ildir ki,  “SABAH” qrupları və “Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində ADPU-nun “SABAH” qruplarında ibtidai sinif müəllimliyi ixtisasında təhsil alan tələbələr “Sağlam təhsil” siniflərində pedaqoji təcrübə keçirlər. Tələbələrin təcrübə dövrünə hazırlığı məqsədilə onlar üçün sağlam təhsil texnologiyaları, sinif gigiyenası və digər mövzularda təlimlər təşkil olunur. Bu il də 30 tələbə “Sağlam təhsil” siniflərində iki həftə ərzində pedaqoji təcrübəyə cəlb olunub. Gələcəyin  müəllimlərinin dərsini izləmək məqsədi ilə 258 nömrəli məktəbə yollandıq.