Balakən rayon ümumtəhsil məktəbləri şagirdlərinin Qazma kənd 1 nömrəli tam orta məktəbində Qazma zonası üzrə “Bilik yarışı” keçirilib. Redaksiyamıza daxil olan məlumata görə, RTŞ-ın məsləhətçisi, təşkilat komitəsinin sədri Cavanşir Alqayev yarışın keçirilməsi qaydası və məqsədi barədə məlumat verib. Yarışda zonanın 6 məktəbinin komandası iştirak edib.

 

Gərgin keçən bu yarışda Qazma 2 nömrəli kənd tam orta məktəbin komandası I, Qazma 1 nömrəli kənd tam orta məktəbinin komandası II, Sarıbulaq  kənd tam orta məktəbinin komandası III yerləri tutublar.

 

I və II yeri tutmuş komandalar  rayon yarımfinalına vəsiqə qazanıblar.