İmişli rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş respublika şahmat festivalının II (rayondaxili) mərhələləri üzrə yarış keçirilib.

 

Yarışda  rayonun ümumi təhsil məktəblərində “Şahmat” fənni tədris olunan pilot məktəblərinin  2, 7 nömrəli şəhər, Şahverdli və Yalavac kənd tam orta məktəblərinin şagirdləri iştirak edib.

 

2-4-cü sinifləri əhatə edən yarışda həmin məktəblərdən ümumilikdə 24 nəfər şagird iştirak edib.  Ümumi nəticədə 2  və 7 nömrəli məktəblərin şagirdləri yarışın qalibi olublar.

 

Qaliblər respublika şahmat festivalının zona mərhələsində iştirak edəcəklər.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin  ictimaiyyətlə  əlaqələr üzrə məsul şəxsi