Ekspozisiyada 50-dən artıq gəncin əl işi sərgilənib


Xətai Sənət Mərkəzində  “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılıb. Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı baş tutan sərgi ölkəmizin yaradıcı gənclərin tanınmasına və əl işlərinin nümayişinə dəstək olmaq məqsədi daşıyır. Sərgidə müxtəlif əl işlərindən ibarət stendlər, rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, dekorativ əşyalar, daş üzərində çəkilən əsərlər və  s. nümayiş olunub. Ekspozisiyada 50-dən artıq gəncin əl işi və rəsmləri sərgilənib.

 

Qeyd edək ki, sərgidə nümayiş olunan Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok” da tamaşaçılarda xoş ovqat yaradıb.  Qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələrlə də  tanış olublar.

 

 

Sifai SƏFƏROVA