Universitetin ictimai həyatında fərqlənən qadın əməkdaşlar mükafatlandırılıb


Martın 7-də Sumqayıt Dövlət Universitetində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov tədbirdə iştirak edən bütün xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərib. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırıb, onların hərtərəfli fəaliyyətinə geniş meydan verib. Bu gün həmin siyasətin Prezident   İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyi var.

 

Sonra prorektor universitetin ictimai həyatında  fərqlənən xanımları fəxri fərman və dəyərli hədiyyələrlə mükafatlandırıb. 

 

Tədbir respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və universitetin “Səma” rəqs qrupunun ifalarında maraqlı konsert proqramı ilə davam edib.