Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi” keçiriləcək.

 

Tədbirdə millər vəkilləri, təhsil ekspertləri, media nümayəndələri iştirak edəcəklər.

 

“100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi”ni akademik Nizami Cəfərov təqdim edəcək.

 

Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat veriləcək.

 

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

 

İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.