Martın 11-də Azərbaycan Texniki Universitetində (AzTU) Mərkəzi Qan Bankının dəstəyi ilə qanvermə aksiyası keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad ediblər.

 

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov tələbələrlə görüşərək aksiyanın əhəmiyyətindən danışıblar.

 

Professor Xalıq Yahudov çıxışında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qan verən  universitet əməkdaşlarına və tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə  təşəkkür edib.

 

Milli Məclisin deputatı Novruzəli Aslanov görüşdə “Azərbaycan QAC və könüllülük” mövzusunda çıxış edib və tələbələrin bu mövzu ilə bağlı suallarının cavablandırıb. 

 

Daha sonar universitetin əməkdaşları və tələbələri  qana ehtiyacı olan insanlara  kömək məqsədilə könüllü olaraq qan veriblər.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 aprel 2008 il sərəncamına əsasən hər il martın 10-da Azərbaycan Respublikasında Qızıl Aypara Günü qeyd olunur. Bu xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd  talassemiyalı  və  hemofiliyalı  xəstələrə  yardım  etməkdən  ibarətdir.