Şimali Kipr Türk Respublikasının paytaxtı Şimali Lefkoşa şəhərində yerləşən Kipr Beynəlxalq Universitetində rəqəmsal dövlət üzrə 19-cu Avropa konfransı (19th European Conference on Digital Government – ECDG 2019) keçiriləcək.

 

“Azərbaycan müəllimi”nin “İkt.az” saytına istinadən verdiyi məlumata görə, bu il oktyabrın 24-də start götürəcək və 2 gün davam edəcək tədbirdə rəqəmsal dövlətin çoxaspektli problemləri ətrafında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

 

Konfransa məqalələr 19 aprel 2019-cu il tarixinədək qəbul edilir. Konfrans materialları “Web of Science” bazasında indeksləşəcək.

 

Qeyd edək ki, təqdim olunmuş tezislərin genişləndirilmiş versiyalarının, həmçinin “The Electronic Journal of eGovernment” və “The Journal of Information, Communication and Ethics in Society” jurnallarında nəşr olunması nəzərdə tutulur.

 

 

Yusif  ƏLİYEV